Türkiyə nəhəngi "Qalatasaray"ın ulduz futbolçu Mauro İkardi son 2 matçda da qol vura bilməyib.
HİT.az xəbər verir ki, argentinalı futbolçu dünən Türkiyə Super Liqasının 11-ci turu çərçivəsində "Kasımpaşa" ilə matçda da qol epizodlarından yararlanmağa nail olmayıb.
İkardinin əvvəlki performansını göstərə bilməməsi ilə bağlı şok iddia yayılıb. Dünya ulduzuna Çempionlar Liqasında "Bayern Münhen" matçında vurulan iynənin ona mənfi təsir göstərdiyi önə sürülür. Belə ki, ötən həftələrdə zədələnən 30 yaşlı futbolçuya "Bayern Münhen" matçında oynaya bilməsi üçün iynə vurulmuşdu. İkardi ondan sonra meydana çıxdığı 3 matçda sadəcə 1 qol vura bilib.
Qeyd edək ki, Mauro İkardi bu sezon Super Liqada 10 qol vurub, 2 məhsuldar ötürmə edib. O, bu göstəriciyə görə liderdir.
Pərviz