Messidən daha yaxşı (VİDEO)

İDMAN
16:13 / 27.05.2020
1286

Nüfuzlu "WhoScored" portalı Avropada mövsümün ən yaxşı 5 dribblerinin adını açıqlayıb.

Sport7.az xəbər verir ki, uğurlu cəhdlərin sayına görə Adam Traore ən yaxşı dribbler adına layiq görülüb. "Vulverhempton"un vingeri hesabına 145 uğurlu cəhd yazdırıb.

İspaniyada "ən yaxşı" adına "Barselona"nın superulduzu Lionel Messi layiq görülüb. Argentinalı 118 dəfə rəqiblərin başını "gicəlləndirməyə" nail olub. İlk üçlüyü "Sassuolo"nun futbolçusu Ceremi Qod qapayıb. Onun hesabında 106 uğurlu driblinq var.

Sonrakı pillərləri isə PSJ-nin braziliyalı ulduzu Neymar (90 cəhd) və "Bavariya"nın müdafiəçisi Alfonso Devis (72 cəhd) tutub.

 

0
Sport7.az