Səudiyyə Ərəbistanın "Əl-Hilal" futbol klubu Argentina millisinin hücumçusu Lionel Messiyə ildə 1 milyard avro təklif edib.
Hit.az xəbər verir ku, bu barədə "Le10sport"un jurnalist Guillem Balaqa yazıb.
Messi PSJ-də çıxış etdiyi zaman Səudiyyə klubunun nümayəndələri onunla görüşüb, lakin argentinalı heç vaxt Səudiyyə Ərəbistanına getmək istəməyib. Yay transfer pəncərəsi zamanı o, "İnter Mayami" ilə müqavilə imzalayıb.
Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Hər iki tərəfin istəyinə baxmayaraq, İspaniya çempionatının rəhbərliyi tərəfindən qoyulan maliyyə məhdudiyyətləri səbəbindən yeni müqavilə bağlanmatıb və argentinalı azad agentə çevrilib. O, qalmaq üçün maaşının yarısını verməyə hazır olduğunu etiraf edib. İspaniya komandasının heyətində Messi 10 dəfə çempionluq, 7 dəfə ölkə kuboku və 4 dəfə Çempionlar Liqasının qalibi olub.
Samir