“Qarabağ” – “Bayer 04” oyununa 30 000 bilet satıldı

İDMAN
14:07 / 09.11.2023
735

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniya klubu “Bayer 04” ilə qarşılaşacağı oyuna 30 000 bilet satılıb.

Bu barədə HİT.az-a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün baş tutacaq matçın bütün biletləri satılıb. Bu isə o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionunun tribunaları tam dolacaq.

Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də başlayacaq.

0