Emreli derbidə oynamayacaq

13:45 / 16.12.2023
409

“Dinamo”da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli dekabrın 17-də Xorvatiya çempionatında keçirilən növbəti oyuna çıxmayacaq.

Klubun baş məşqçisi Sergey Yakiroviç Emrelinin dizində ağrılar hiss etdiyini bildirib.

Qeyd edək ki, “Dinamo” lider “Hayduk”la qaşılacaq. Hazırda Zaqreb təmsilçisi 33 xalla ikinci, 40 xalla “Hayduk” isə liderdir.

0