Xankəndidə matçın keçirilməsini qürurla izlədik

İDMAN
17:17 / 21.12.2023
720

Azərbaycan futbolunun 35 il sonra Xankəndinə qayıtmasının haqlı qürurunu yaşayırıq.

"Qarabağ" komandasının məhz Xankəndində futbol oynaması olduqca əhəmiyyətli tarixə malikdir. Öz doğma şəhərimizdə, öz stadionumuzda iki komandamızın qarşılaşması, orada Azərbaycan kubokunun keçirilməsini fəxrlə izlədik. 

Ümumiyyətlə, Xankəndi stadionunda keçirilən "Qarabağ" - MOİK matçı bir futboldan daha artıqdır. Bu, Qarabağın əsl sahiblərinə qayıtdığının ən gözəl göstəricidir. 

Həmçinin, Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzində "Qarabağ Azərbaycandır!" deməsi bütün dünyaya verilən mesaj idi. Bu tarixi matçda Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirak etməsi də xüsusi vurğulanmalıdır. 

Xankəndidəki ilk matçın müzəffər Ali Baş Komandan İlham Əliyevin topa toxunuşu ilə başlaması da möhtəşəm tarixi an idi. Eyni zamanda, Prezident İlham Əliyevin şəhid övladlarının əhatəsində matçı izləməsi sözlə ifadə edilə bilməyəcək qədər mükəmməl görüntü yaratdı. 

Bununla da Azərbaycanın bölgəyə sülh və sabitlik gətirdiyi bir daha sübut olundu. Artıq işğaldan azad edilən tarixi ərazilərimizdə daima sevinc, xoşbəxtlik və qələbə şüarları eşidiləcək. Qarabağda məskunlaşacaq əhali öz dədə-baba torpaqlarında yaşamağın haqlı qürurunu yaşayacaq. 

Həqiqətən də bu gün tarixi anlara, günlərə şahidlik edirik. İllər boyu qurduğumuz xəyallar artıq gerçək olub. Heç şübhəsiz ki, bunun memarı Prezident İlham Əliyevdir. Zəfər, sevinc və qürur dolu bu günlər üçün qalib Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.  

Bütün dünya bir daha gördü ki, "Qarabağ Azərbaycandır!" və bu gerçək heç vaxt dəyişməyəcək!

Pərviz

0