Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) fevral ayında İspaniyanın “Barselona” klubunun törətdiyi mümkün maliyyə pozuntuları ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayacaq.
Məlumata görə, daha doqquz klub, o cümlədən Fransanın PSJ, İngiltərənin “Mançester Siti” və İtaliyanın “Milan” klubları da maliyyə qaydalarına əməl etmədiyinə görə istintaqa cəlb olunub.
Xatırladaq ki, yayda UEFA artıq “Barselona”nı təşkilatın maliyyə feyr-pley qaydalarını pozduğuna görə 500 min avro cərimələyib.