Bir təqvim ilində 5 və daha çox kubok qazanan klubların adları müəyyənləşib.
“Report”un araşdırmasına görə, indiyə qədər cəmi 6 komanda bu uğura nail ola bilib.
Son olaraq 2023-cü ildə İngiltərənin “Mançester Siti” klubu muzeyinə 5 kubok aparıb.
Bu baxımdan rekordçu İspaniya “Barselona”sıdır. Kataloniya təmsilçisi üç müxtəlif ildə minimum 5 titula sahib çıxıb. “Barsa” hətta 2009-cu ildə 6 kubokla dünya futbol tarixində ilki reallaşdırıb. Sonradan, 2020-ci ildə Almaniya nəhəngi “Bavariya” da bu uğuru təkrarlayıb.
“Barselona” (İspaniya) – 3 dəfə
2009-cu il - La Liqa, İspaniya Kral Kuboku, İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
2011-ci il - La Liqa, İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
2015-ci il – La Liqa, İspaniya Kral Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
“Bavariya” (Almaniya) - 2
2013-cü il - Bundesliqa, Almaniya Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
2020-ci il - Bundesliqa, Almaniya Kuboku, Almaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
“Ayaks” (Niderland) - 1
1995-ci il - Erediviziya, Niderland Superkuboku, UEFA Çempionlar Liqası, Qitələrarası Kubok, UEFA Superkuboku
“İnter” (İtaliya) - 1
2010-cu il – A seriyası, İtaliya Kuboku, İtaliya Superkuboku, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı
“Real” (İspaniya) - 1
2017-ci il - La Liqa, İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
“Mançester Siti” (İngiltərə) - 1
2023-cü il - Premyer Liqa, İngiltərə Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı