“Ünsiyyət baxımından “Qarabağ” “Bayer”dən daha rahatdır”.
Bunu “Qarabağ”ın futbolçusu Andrey Lunyov “RB Sport” nəşrinə müsahibəsində deyib.
Rusiyalı qapıçı mövsümün əvvəlində keçdiyi “Qarabağ”a çox tez uyğunlaşdığını bildirib: “Qarabağ”da uyğunlaşma dönəmim çoxdan geridə qalıb. Burada insanlar rus dilini bilirlər. Bu məqam gündəlik həyatda işimi asanlaşdırır. İlk vaxtlar yerli sürücülük tərzinə uyğunlaşmaq çətin idi. Misirdəki kimi, insanlar daim siqnal verir, avtomobili istədikləri kimi sürürlər”.
UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” klubu ilə keçirilən oyunda zədələnən 32 yaşlı qolkiper problemin ciddi olmadığını bildirib: “Bayer”lə oyunda rəqibin futbolçusu ilə toqquşmadan sonra zədələndim. Ancaq bu, kritik deyil, oynamağa imkan verir. Ümid edirəm ki, tətil faydalı olacaq və diz stress olmadan daha tez sağalacaq. Düşünürəm ki, formamı bərpa edə bilmişəm. Bundan sonra onu inkişaf etdirməyə çalışacağam”.
Rusiya millisinin üzvü sabiq komandası “Bayer”də işlərinin yolunda getmədiyini etiraf edib: “Burada yeni səhifə açmışam, mənim üçün yeni mərhələ başlayıb. İndi itirilənləri qaytarmaq lazımdır. İstənilən halda iki il oynamamaq asan deyil. Əsas odur ki, zədələr təkrarlanmır. “Bayer”dəki karyeram ümidlərimi doğrultmayan, arzularımın reallaşmadığı bir dövr oldu. İndi həyatımın başqa mərhələsindəyəm. Əlimdə olanlardan maksimum yararlanmağa çalışıram”.
Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.//report.az