Ötən yay fantastik məbləğə “Fənərbağça”dan “Real Madrid”ə transfer olunan Arda Gülərin yeni ünvanı bəlli olub.
BAKU.WS İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” Ardanı heyətinə qatmaq istəyir.
Məlumata görə, “Milan” rəhbərliyi Ardanı icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, 18 yaşlı gənc ulduz 20 milyon avroya “Fənər”dən “Real”a gəlmişdi. Burada ard-arda baş verən zədələnmələrə görə heyətə düşə bilməyib.