XXI əsrdə ən çox qol vurmuş afrikalı futbolçular açıqlandı

11:22 / 21.01.2024
474

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vurmuş afrikalı oyunçuların siyahısını tərtib edib.

"Report" IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə kamerunlu Samuel Eto qərarlaşıb.

42 yaşlı keçmiş hücumçu XXI əsrdə 410 dəfə rəqib qapılarına yol tapıb. Didye Droqba (Fil Dişi Sahili) 339 qolla ikinci, hazırda karyerasını Fransanın "Marsel" klubunda davam etdirən Pyerr-Emerik Obameyanq (Qabon) 336 qolla üçüncü yerdədir.

İngiltərənin "Liverpul" komandasında çıxış edən Məhəmməd Salah (Misir) isə 334 dəfə fərqlənib.

0