"Qalatasaray"ın mövsümün əvvəlində heyətinə qatdığı Hakim Ziyeç komandadan ayrılmaq istəyir.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb mərakeşli futbolçunun Səudiyyə Ərəbistanından təklif alması olub.
İddiaya görə, "Əl-Şəbab" klunu Ziyeçə 2,5 illik müqavilə üçün 37,5 milyon avro təklif edib. Bu təklifə müsbət yanaşan mərakeşli futbolçu meneceri ilə birlikdə İstanbula qayıdaraq "Qalatasaray"dan ayrılmaq üçün rəhbərlikdən icazə istəyəcək.
Qeyd edək ki, "Qalatasaray" Ziyeçi mövsümün əvvəlində "Çelsi"dən icarəyə götürüb. İstanbul klununu heyətində 14 matça çıxan 30 yaşlı forvard 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Çelsi" onu 2020-ci ildə "Ayaks"dan 40 milyon avroya alıb.