"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
HİT.az xəbər verir ki, Azərbaycan çempionu Portuqaliya klubu "Braqa” ilə qarşılaşacaq.
İlk görüşdə rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə doğma azarkeşləri önündə - Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq. Qurban Qurbanovun kollektivi üstünlüyünü qoruyaraq, 1/8 finala adlamaq və yeni tarix yazmaq arzusundadır.
Saat 21:45-də başlayacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
22 fevral
21.45 Qarabağ (Azərbaycan) - Braqa (Portuqaliya)
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 4:2.