"Barselona"nın keçmiş ulduzu 4,5 il həbs cəzası aldı

İDMAN
15:47 / 22.02.2024
680

İspaniyanın “Barselona"sının və Braziliya yığmasının sabiq müdafiəçisi Dani Alveş həbs cəzasına məhkum edilib və 4,5 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.

Bu barədə HİT.az "Marca"ya istinadən xəbər verir.

40 yaşlı braziliyalıya zorlama cinayəti ilə bağlı hökm çıxarılıb. O, 2022-ci ilin dekabrında Barselona gecə klubunda gənc qadına cinsi təcavüz edib.
Alveş cəzasını təcridxanada uzun müddət qaldıqdan sonra öyrənib. Məhkəmə, şübhəlinin vətəninə qaçacağından ehtiyat edərək, vəkillərin zaminə buraxılma tələblərini mütəmadi olaraq rədd edib. Prokuror braziliyalıya 9 il həbs cəzası istəyib, lakin məhkəmə müddətin yarısı ilə məhdudlaşıb.

Alveşin cinayəti ötən ilin yanvarında məlum olub. Əvvəlcə o, bütün ittihamları rədd edib, sonra zərərçəkmişin razılığı ilə cinsi əlaqədə olduğunu etiraf edib. Braziliyalı daha sonra bildirib ki, təcavüzə məruz qalan qız buna etiraz etməyib. 

Qeyd edək ki, Dani Alveş tarixin ən titullu futbolçularından biri olaraq qalır. Karyerası boyunca braziliyalı, "Sevilya", "Barselona", "Yuventus", PSJ və “San Paulu” klublarında top qovub. Alveşin tərcümeyi-halında sonuncu klub Meksikanın “Pumas” klubudur. 

O, karyerasında ilk kubokunu “Bahia” klubunun heyətində Nordeste kubokunu qazanıb. Bunun ardınca "Sevilya" ilə İspaniya kuboku və Superkuboku, iki UEFA Kuboku və Avropa Super Kubokunə başı üzərinə qaldırıb. "Barselona"nın tərkibində o, 6 dəfə İspaniya çempionu olub, dörd dəfə İspaniya kubokunu və Superkubokunu qazanıb, üç dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin kollkesiyasında UEFA Superkuboku və Klublararası Dünya Çempionatı da var. “Yuventus” sıralarında çempionluq dubluna imza atıb və PSJ ilə iki Liqa 1 titulunu, Liqa Kubokunu, Fransa Kubokunu və Fransa Super Kubokunu qazanıb. 2021-ci ildə “San Paulu” ilə Paulista əyalətinin çempionu olub. Braziliya millisinin üzvü kimi o, iki dəfə Amerika Kubokunda qalib gəlib və 2020-ci il Olimpiadasında qızıl medal qazanıb.

Samir

0