Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) son 10 ildə klubları transferlərdən ən çox gəlir əldə edən ölkələrin adlarını açıqlayıb.
“Report”un CİES-in saytına istinadən məlumatına görə, araşdırma 2014-2023-cü illəri əhatə edib.
10 il ərzində oyunçu satışlarından ən çox qazanc götürən 20 ölkə klublarının ümumi gəlirləri 70 milyard avroya yaxın olub. Bu baxımdan birinci yerdə İngiltərə klubları qərarlaşıb. İlk “beşliy”in digər “sakinləri” “böyük beşlik” ölkələridir.
1. İngiltərə - 13 milyard 879 milyon avro
2. İtaliya – 9 milyard 866 milyon
3. Fransa – 8 milyard 72 milyon
4. İspaniya – 7 milyard 738 milyon
5. Almaniya – 7 milyard 6 milyon
6. Portuqaliya – 3 milyard 923 milyo
7. Braziliya – 2 milyard 927 milyon
8. Niderland – 2 milyard 769 milyon
9. Belçika – 2 milyard 88 milyon
10. Argentina – 1 milyard 883 milyon
11. Rusiya – 1 milyard 217 milyon
12. Türkiyə - 1 milyard 66 milyon
13. Meksika – 988 milyon
14. Avstriya – 860 milyon
15. Çin – 803 milyon
16. Danimarka – 785 milyon
17. İsveçrə - 691 milyon
18. Ukrayna – 671 milyon
19. Xorvatiya – 656 milyon
20. ABŞ – 507 milyon