Fitnes məşqçisindən xoş xəbər - Axşamlar yemək və şirniyyat kökəltmir

İDMAN
18:20 / 27.02.2024
594

“Hamı deyir ki, axşamlar karbohidrat yesən, kökələcəksən, çünki axşamlar metobolizm zəifləyir. Bu yalandır”.

Bu  fikirləri Hit.az-a fitness məşqçisi Abbas Mirzə səsləndirib.

“Axşamlar metobolizmin sürəti səhər və ya günorta olan sürətindən heç nə ilə fərlqənmir. Belə çıxır ki, biz sakit dayananda və ya yatanda da çəki alırıq? Bu şəhər əfsanəsidir. Elmi araşdırmalar göstəriri ki, qidalarımızdan aldığımız yağların orqanizmdə piyə çevrilməsi ehtimalı daha çoxdur.  Artıq çəki həddən artıq, yəni orqanizmə lazım olandan çox yemək qəbulu nəticəsində ortaya çıxır. Bir kilo çəki almaq  üçün gün ərzində 7700 kalori qəbul eləmək lazımdır. Bu 1 həftə bu şəkildə davam eləsə insan çəki alır. Yeyib kökəlməmək istəyirsinizsə, fitness məşqlərinə qoşulun. O halda yedikləriniz əzələyə çevriləcək, yağları itirəcəksiniz. Ümumiyyətlə qadınlar dərilərinin gözəl görünməsini istəyirlərsə, yağlardan və azca kökəlməkdən qorxmamalıdırlar. Mən kərə yağı yox, zeytun yağından istifadə etməyi məsləhət bilirəm”, deyə o bildirib.

Murad

0