Gimnastika üzrə Rusiya çempionatı keçirilib.
Publika.az xəbər verir ki, yarış azərbaycanlı idmançı Lalə Kramarenkonun benefisi ilə əlamətdar olub. 19 yaşlı gimnast fərdi yarışda bütün kateqoriyalarda - gürz, lent, top və halqa ilə hərəkətlərdə birinci yeri tutub.
Qeyd edək ki, Lalə Azərbaycanın futbolunun əfsanəvi qapıçılarından olan Dmitri Kramarenkonun qızı, Sergey Kramarenkonun isə nəvəsidir.