"Beşiktaş"ın sabiq baş məşqçisi Rza Çalımbay Azərbaycan millisinin baş məşqçisi ola bilər.
HİT.az "Sabah" qəzetinə istinadə xəbər verir ki, bu barədə mütəxəssis özü açıqlama verib.
"Azərbaycan milli komandasından rəsmi təklif almamışam. Amma baş məşqçi vəzifəsi üçün adımın keçdiyini eşidirəm. Onların 1-2 gün ərzində mənə zəng edəcəklərini düşünürəm. Təklif gəlsə, Azərbaycan millisində çalışmağa müsbət cvavab verərəm", deyə Rza Çalımbay bildirib.
Qeyd edək ki, Rza Çalımbay məşqçi karyerası ərzində iki dəfə - 2005 və 2023-cü illərdə "Beşiktaş"ı çalışdırıb. 61 yaşlı mütəxəssis həmçinin "Trabzonspor", "Göztəpə", "Dənizlispor", "Ankaragücü", "Rizəspor", "Ankaraspor", "Eskişəhərspor", "Sivasspor", "Mersin İdman Yurdu", "Kasımpaşa", "Antalyaspor" və "Konyaspor"a başçılıq edib.