Martın 1-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda AFFA-nın növbəti Hesabat-Seçki Konfransının vaxtı müəyyənləşib. Belə ki, Konfrans aprelin 2-nə təyin edilib.
Qeyd edək ki, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayev növbəti seçkilərdə namizəd olmayacağını açıqlayıb.
Bəs artıq namizədliyini irəli sürənlər varmı? Kim növbəti müddətdə AFFA-nın prezidenti ola bilər?
Modern.az məsələ barədə AFFA ilə əlaqə saxlayıb.
Qurumun Mətbuat katibi Elnur Məmmədli saytımıza açıqlamasında namizədliyini verənlər haqda məlumatının olmadığını bildirib.
AFFA-nın mətbuat katibi söyləyib ki, namizədliyini irəli sürmək istəyənlərin bu gün saat 12-yə kimi vaxtı var:
"Namizədlərin irəli sürülməsi prosesi bu gün 12-də başa çatacaq. AFFA prezidentliyinə namizədlərin irəli sürülüb-sürülməməsi barədə məlumat verəcəyik".