"Barselona"dakı uğursuzluğun səbəbi nədir?

İDMAN
13:10 / 28.03.2024
626

Son zamanlarda İspaniyanın "Barselona" klubunun nəticələri azarkeşlərin narazılığına səbəb olur. 

Xüsusilə komandanın prinsipial oyunlarda məğlub olması azarkeşlərin tənqidləri ilə qarşılanır. Ümumilikdə isə "Barselona"nın uğursuz nəticələrin əsas səbəbkarı kimi baş məşqçi Xavi göstərilir. Hərçənd ki, onun baş məşqçi təyin olunması üçün çox çalışılmışdı və Xavinin "Barsa"ya qayıdışı böyük əks-səda doğurmuşdu. Üstəlik, ilk mövsümdə kifayət qədər uğurlu nəticələr əldə olundu. 

Lakin son zamanlarda işlər istənilən kimi getmir. Bütün bunların fonunda isə Xavi komandandan ayrılmağa qərar verdi. O, ilin əvvəlində mövsümün sonunda vəzifəsindən ayrılacağını elan edib. 

Bəs "Barselona"dakı əsas problem nədir?

Futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, əvvəllər bir neçə futbolçu "Barselona"nın dinamosu idi:

346707

"Xüsusilə, son illərdə "Barselona"nın özəyini Xavi, İniyesta və Messi təşkil edirdi. Messidən öncə isə bu funksiyanı Ronaldinyo yerinə yetirirdi. Belə futbolçuların sayəsində isə "Barselona" dünyadakı bütün kubokları qazanırdı. Yəni komandada elə güclü futbolçular var idi ki, baş məşqçinin kim olmasından asılı olmayaraq böyük nailiyyətlər əldə edirdilər".

Ekspert "Barsa"dakı uğursuzluqların səbəbini isə belə izah edib:

"Əslində komandanın son nəticələrini tam olaraq uğursuzluq hesab etmək doğru deyil. Lakin bunun təkcə Xavinin günahı olmadığını düşünürəm. Hazırda komandada Ronaldinyo və Messi kimi futbolçular olmadığı üçün "Barselona" fəlsəfəsinda boşluqlar yaranır. Yəni o fəlsəfəyə uyğun futbolçuların olması vacibdir. Son uğursuzluqların əsas səbəbi hazırda klubda Messi, Xavi, İniyesta kimi futbolçuların olmamasıdır". 

Aslan Kərimov onu da qeyd edib ki, artıq "Real Madrid" klubu da əzəli rəqibi ilə mübarizədə strategiyasını dəyişib:
"Hazırda "Real Madrid" potensiallı gənc futbolçuları öz tərəfinə çəkməyə çalışır. Madrid təmsilçisi artıq istedadlı futbolçuları 17-18 yaşında heyətinə qatır. Yəni onlar da strategiyalarını dəyişdiriblər".

Pərviz

0