Arda Gülərə elçi düşən klubların sayı 10-a çatdı

İDMAN
19:30 / 21.04.2024
434

"Real Madrid"də oynamaq şansı tapmaqda çətinlik çəkən Arda Gülərlə bir çox klublar maraqlanır.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, gənc ulduzu icarəyə götürmək istəyən klubların sayı 10-a çatıb.

Belə ki, Madrid "Real" futbolçu üçün 10 klubdan təklif alıb.

"Sevilya" və "Real Betis" 19 yaşlı futbolçu üçün "Real"a icarə təklifi edib.

Bununla belə, "kral klubu" Arda Güləri Çempionlar Liqasında çıxış edən komandaya icarəyə vermək istəyir.
Bu səbəbdən milli futbolçunun yeni mövsümdə "Sevilya" və "Real Betis"də oynamaq şansı kifayət qədər aşağıdır.

Arda Gülər ​​isə gələn mövsüm "Real Madrid"in heyətində yer almaq istəyir.

Qeyd edək ki, bu mövsüm "Real"da 98 dəqiqə oynamaq şansı əldə edən Arda 1 qol ilə yadda qalıb.

0