AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında əvəzedicilər liqasının da XXXIII turunda baş verən neqativ hallarla bağlı qərarlar verilib.
HİT.az xəbər verir ki, İK 3 görüşlə bağlı cəza və cərimələr tətbiq edib.
“Kəpəz-2” – “Sumqayıt-2” oyununun 70-ci dəqiqəsində “Sumqayıt-2” komandasının inzibatçısı Elnur Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalanıb, “Sumqayıt-2” komandası 400 manat cərimə edilib.
“Qarabağ-2” – “Neftçi-2” oyununda Ağdam klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.
“Səbail-2” – “Qəbələ-2” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.