İlk dəfə bir türk oyunçu Çempionlar Liqasının qalibi olacaq

İDMAN
09:07 / 09.05.2024
576

UEFA Çempionlar Liqasının finalında “Borussiya Dortmund”la “Real Madrid” üz-üzə gələcək.

Oxu.Az xəbər verir ki, tarixdə ilk dəfə bir türk oyunçu Çempionlar Liqasının qalibi olacaq.

Söhbət Salih Özcan (“Borussiya Dortmund”) və Arda Güler (“Real Madrid”) duelindən gedir.

Maraqlı məqamlardan biri də odur ki, “Borussiya Dortmund” klubunun qalib gələcəyi təqdirdə tarixdə ilk dəfə türkiyəli məşqçi də komandası ilə birgə Çempionlar Liqasını qazanmış olacaq.

Qeyd edək ki, “Borussiya Dortmund” “Real Madrid” arasındakı final görüşü iyunun 1-də “Uembli” stadionunda keçiriləcək.

0