Azərbaycanlı futbolçular Türkiyə 1-ci Liqasının pley-offuna vəsiqə qazanıblar.
Ramil Şeydayev və Vüsal İsgəndərlinin komandaları Superliqaya yüksəlmək uğrunda yarışacaq.
Mövsümü 6-cı pillədə başa vuran Ramilin çıxış etdiyi “Kocaelisor” 5-ci “Çorum”la qarşılaşacaq. Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” (7-ci yer) isə “Bodrumspor”la (4-cü yer) üz-üzə gələcək. Dörd klub mübarizəsindən sonra qalib komanda finala yüksələcək. “Sakaryaspor”la (3-cü yer) həlledici görüşdə Superliqaya son vəsiqəni sahibi bəlli olacaq.
"Eyüpspor" və "Göztəpə" Superliqaya birbaşa vəsiqə qazanıb.
Qeyd edək ki, pley-offun ilk oyunları mayın 19-da, cavab görüşləri isə ayın 23-də keçiriləcək.//İdman.biz