Super Liqanın çempionu kim olacaq: "Qalatasaray", yoxsa "Fənərbağça"? - PROQNOZ 

İDMAN
14:30 / 23.05.2024
456

Bu həftə Türkiyə Super Liqasında hansı komandanın çempion olacağı bəlli olacaq.

Əzəli rəqiblər "Qalatasaray" və "Fənərbağça" arasında keçən mübarizə son tura qədər davam etdi. Bazar günü (26 may) isə çempionun adına aydınlıq gələcək. Həlledici matçlarda "Qalatasaray" səfərdə "Konyaspor", "Fənərbağça" isə doğma meydanda "İstanbulspor" ilə qarşılaşacaq. 

"Cim-Bom"a çempion olmaq üçün 1 xal belə bəs edir. "Sarı bülbüllər" isə çempion olmaq üçün qələbə qazanaraq əzəli rəqiblərinin məğlub olacağını gözləməlidir. Mütəxəssislər hər iki klubun da çempionluq şanslarını yüksək qiymətləndirirlər. 

Bəs indiki vəziyyətdə İstanbulun hansı klubu çempionluğa daha yaxındır?

351008

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov bildirib ki, mövsüm ərzində gərgin mübarizənin şahidi olduq:

"Ötən həftə keçirilən "Qalatasaray" - "Fənərbağça" derbisi də olduqca maraqlı keçdi. "Fənərbağça" uzun müddət 10 nəfərlə mübarizə aparmasına baxmayaraq 1-0 hesabı ilə qalib gələ bildi".

Ekspert hesab edir ki, çempion "Qalatasaray" olacaq:

"Məncə, "Qalatasaray" həftəsonu çempionluğunu elan edəcək. Nəzərə almaq lazımdır ki, "Cim-Bom"a çempionluq üçün, "Konyaspor"a isə liqada qalmağı təmin etmək üçün sadəcə 1 xal kifayət edir. Elə oyunun bərabərə bitəcəyi gözlənilir. 

Çünki "Konyaspor"a da 1 xal hava-su kimi lazımdır. Ona görə də hücum deyil, müdafiə futbolu oynayacaqları proqnozlaşdırılır. Hesab edirəm ki, bu oyunun heç-heçə bitmə ehtimalı daha yüksəkdir. "Fənərbağça" "İstanbulspor"u məğlub edər, amma hər şey "Qalatasaray"ın əlindədir. Bütün bunlara görə "Qalatasaray"ın çempion olmasını gözləyirəm".

Pərviz

0