"Neftçi"nin kapitanı Emin Mahmudov uğursuz mövsümə görə azarkeşlərdən üzr istəyib.
HİT.az xəbər verir ki, o, "Instagram" səhifəsindəki paylaşımında bu barədə yazıb:
"Dəyərli "Neftçi" azarkeşləri! Neçə gündür ki, sizə yazmaq istəyirəm. Lakin indi özümdə güc və inam tapıb sizə yazıram. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. "Neftçi" ailəsinin kapitanı olaraq sizə, bunları yaşatdığımıza görə üzr istəyirəm!"
Xatırladaq ki, "Neftçi" mövsümü 56 xalla 5-ci pillədə başa vurub.