Emre Belözoğlu Azərbaycan millisi üçün doğru seçimdir?

İDMAN
10:17 / 03.06.2024
731

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi vəzifəsi üçün gündəminə daha bir namizəd gəlib. 

Bu dəfə də başqa bir türkiyəli mütəxəssisin adı yığmamızla hallanılır. Söhbət "Ankaragücü"ndən yeni ayrılan Emre Belözoğlundan gedir. Onun Azərbaycan millisinin yeni baş məşqçisi ola biləcəyi deyilir. 

Bəs Emre Belözoğlu Azərbaycan yığması üçün doğru seçimdir? 

Futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, milli komandamızı tanıyan mütəxəssis gətirmək lazımdır:

"Bizim futbolçuları başa düşən, tanıyan və mentalitetimizi bilən bir mütəxəssis millimizin başına gətirilməlidir. Bu dediklərimi bilən baş məşqçi doğru seçim olacaq. Burada adların Emre Belözoğlu, Stefan Kuntz və ya başqa biri olması o qədər də əhəmiyyətli deyil. 

Yəni adından və mövqeyindən asılı olmayaraq futbolçuları tanıyan, onları inandırmağı və doğru qərarlar verməyi bacaran baş məşqçi gətirmək lazımdır. Kim bunun öhdəsindən gələcəksə, ən doğru seçim də məhz o olacaq. Yalnız bu halda qısa zamanda nəyəsə nail olmaq olar".

Pərviz

0