Ali Koç yenidən "Fənərbağça"nın prezidenti seçilib

İDMAN
21:35 / 09.06.2024
431

Türkiyənin "Fənərbağça" klubunda prezident seçkiləri keçirilib.

Hit.az xəbər verir ki, Ali Koç daha üç il İstanbul təmsilçisinin rəhbəri olacaq.

O, digər namizəd Aziz Yıldırımı qabaqlayıb.

Qeyd edək ki, Ali Koç 2018-ci ildən "Fənərbağça"nın prezidentidir.

0