Fernandu Santuş millimizdə uğurlu olacaq? - "Möhtəşəm təcrübəsi var" 

İDMAN
10:58 / 20.06.2024
417

Məlum olduğu kimi, futbol üzrə Azərbaycan milli komandasında aylardır gözlənilən baş məşqçi təyinatı baş tutub. 

Dünyaca məşhur mütəxəssis Fernandu Santuş yığmamızın başına gətirilib. Portuqaliyalı baş məşqçi ilə 3+1 illik müqavilə imzalanıb. Lakin 70 yaşlı çalışdırıcının təyinatı birmənalı qarşılanmayıb. Karyerasında Portuqaliya ilə Avropa çempionu olan Santuşun millimizdə uğurlu olacağını düşünənlərin sayı azlıq təşkil edir. Buna baxmayaraq, onun yığmamızda tarixi nəticələr əldə etməsini gözləyənlər də kifayət qədərdir.

Ümumiyyətlə, Fernandu Santuş millimiz üçün doğru seçimdir? O, yığmamızda uğurlu ola bilər?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov bildirib ki, Fernandu Santuşun millimiz üçün uğurlu olub-olmayacağı ilə bağlı indidən fikir bildirmək tezdir:

352650

"Bunun üçün zaman lazımdır. Amma Santuş möhtəşəm bir təcrübəyə malikdir. Onun təcrübəsinə və savadına qətiyyən şübhə ola bilməz. Onsuz da Fernandu Santuş Avropa çempionu olmaqla özünü sübut edib".

Ekspertin sözlərinə görə, Santuşun futbolçularımızla quracağı dialoqlar da olduqca həlledici olacaq:

"Hər bir futbolçuya qarşı fərdi yanaşma olmalıdır. Bunun öhdəsindən necə gələcəyini görmək üçün də vaxta ehtiyac var. 

Ümumilikdə isə bu təyinata pozitiv yanaşıram. Ümid edirəm ki, Santuşun Azərbaycan futboluna xeyri dəyəcək. Ən azından məşqçilərimiz üçün faydalı olacaq. Çünki Fernandu Santuşun baş məşqçi kimi möhtəşəm təcrübəsi var". 

Pərviz

0