Futbolçulara meydana zinət əşyaları ilə çıxmaq niyə qadağandır?

İDMAN
19:38 / 26.06.2024
522

Futboçuların tez-tez məşhurların üzük, sırğa, boyunbağı və bilərzik taxdığını görmək olar. Ancaq onlar meydançaya çıxmamışdan əvvəl bütün aksessuarları çıxardırlar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər zinət əşyaları matçlarda futbolçuların ümumi atributu idi. 

2004-cü ildə “Servet” klubunun futbolçusu Paulo Dioqo pərəstişkarları ilə qolu qeyd edərkən nikah üzüyünü metal hasara tutub. Nəticədə futbolçu barmağının falanqsını itirib və bu dəhşətli görüntülər bütün dünyaya yayılıb. Hadisədən sonra qaydalar dəyişdirilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, zərgərlik məmulatlarının qadağan olunduğu ilk turnir 2006-cı il Dünya Kuboku idi. Oyunçulardan meydançaya üzük, saat, qolbaq və boyunbağısız daxil olmaq tələb olunurdu, hakimlərə isə qaydanı pozanları cəzalandırmaq hüququ verilirdi. 2006-cı il Dünya Kuboku stadionlarında hətta üzükləri kəsmək üçün xüsusi avadanlıq var idi - bu, zinət əşyalarını çıxara bilməyənlər üçün nəzərdə tutulmuşdu.

Sözügedən qadağa bu gün də qüvvədədir. Hakim zərgərlik həvəskarına sarı vərəqə verə, hətta onu meydandan kənarlaşdıra da bilər. Əgər oyunçu zinət əşyalarını könüllü çıxarsa, bağışlanacaq. Ancaq müasir futbolçular artıq bilirlər ki, meydanda zinət əşyaları taxmaq yaxşı fikir deyil. 

0