Tanınmış məşqçi "Neftçi" üçün Bakıya gəldi

İDMAN
16:12 / 26.06.2024
618

"Neftçi"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. "Ağ qaralar" Roman Qriqorçukla anlaşıb.

Tanınmış mütəxəssis iki gündür Bakıdadır. Onunla bütün detallarda razılıq əldə olunub. 59 yaşlı çalışdırıcı ilə uzunmüddətli müqavilə imzalanacaq.

Qriqorçuk 2015-2018-ci illərdə "Qəbələ"də çalışıb. O, bölgə klubu ilə 2015/2016 və 2016/2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə qədər yüksəlib.//sportinfo.az

0