Mourinyo "Fənərbağça"nın 10 illik çempionluq həsrətini bitirə biləcək? - RƏY

İDMAN
12:27 / 27.06.2024
289

"Joze Mourinyonun özünəxas bir tərzi var. O, dünyanın ən yaxşı baş məşqçilərindən biridir". 

Bu sözləri futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Mourinyonun "Fənərbağça"nın 10 illik çempionluq həsrətinə son qoyub-qoymayacağı klubun büdcəsinin asılı olacaq:

"Əslində, "Fənərbağça"nın yeni mövsümdə Super Liqada çempion olub-olmayacağını ilə bağlı birmənalı nə isə demək mümkün deyil. Çünki uğurun bir açarı yoxdur. Bəzən hər şeyi ideal etsəniz də, kiçik bir detal komandanı çempionluqdan edə bilər. 

Amma İstanbul təmsilçinin uğur qazanmaq üçün yeni mövsüm yaxşı transferlər edə biləcəyini düşünürəm. Üstəlik, Jose Mourinyo sırf adına görə ulduz futbolçu istəyən bir məşqçi deyil. O, hər zaman oyun taktikasına uyğun keyfiyyətli futbolçular istəyir. Buna görə, "Fənərbağça"nın yeni mövsümdə çempionluq yarışında sona qədər mübarizə aparması gözlənilir".

352970

Ekspert "Fənərbağça"nın UEFA Konfrans Liqasını qazanma ehtimalına da toxunub:

"Fikrimcə, "Fənərbağça"nın UEFA Konfrans Liqasını qazanıb-qazanmayacağını indidən demək çətindir. Bu, rəqiblərdən asılı olacaq. Almaniya, İngiltərə, İtaliya, Niderland kimi ölkə klubları ilə qarışlacağı təqdirdə İstanbul təmsilçisinin çempionluq şansları aşağı düşə bilər. Amma buna baxmayaraq, Joze Mourinyo kimi təcrübəli bir məşqçi ilə işləyəcəklər". 

Aslan Kərimovun sözlərinə görə, Türkiyədə məşqçi problemi yoxdur:

"Oradakı problem futbol ictimaiyyəti ilə bağlıdır. İndiyə kimi türk klubları bir çox dünyaca məşhur baş məşqçini bəyənməyib qovublar. Halbuki, həmin şəxslərin bəziləri sonradan Avropa və dünya çempionu olublar. Türkiyədə xarici baş məşqçilərə bir az qısqanclıqla yanaşıldığı görünür. Hesab edirəm ki, Mourinyoya qarşı tənqidlər də az olmayacaq. 

Türkiyədə indi şərhçilik və ya ekspertlik edən bəzi keçmiş futbolçuların hərəsi bir yerli baş məşqçinin tərəfini tuturlar. Xüsusilə, həmin şəxslər əcnəbi məşqçiləri çox sərt tənqid edirlər. Amma maraqlısı budur ki, Mourinyo özü də belə atışmaları sevən məşqçidir. Şəxs olaraq da çox maraqlı bir insandır. Ona görə də həm Mourinyonun oynadacağı futbolu, həm də verəcəyi açıqlamaları səbirsizliklə gözləyirik". 

Pərviz

0