"Neftçi" iki futbolçusu ilə yolları ayırdı - FOTO

İDMAN
12:53 / 28.06.2024
165

"Neftçi" iki futbolçusu ilə yolları ayırıb.

HİT.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

"Ağ-qaralar" qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Ata Caberlə yolları ayırdıqlarını bildiriblər.

Xatırladaq ki, A.Məmmədov 2015/2016 mövsümündə və 2019-cu ildən 2024-cü ilədək "Neftçi"nin heyətində 112 oyun keçirib. 2022-ci ilin iyununda transfer olunmuş Caber isə "Neftçi"nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub.

Qeyd edək ki, Aqil Məmmədov "Neftçi" klubu ilə yolları ayırdıqdan sonra karyerasını başa vurub. Onun 35 yaşında əlcəkləri ilə vidalaşması xroniki zədə almasıyla bağlıdır.

0