PSJ 16 yaşlı futbolçunu 250 milyon avroya transfer etmək istəyir

İDMAN
18:00 / 29.06.2024
552

PSJ 16 yaşlı Lamin Yamal üçün "Barselona"ya 250 milyon avro ödəməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 

Lakin "Barselona" heç bir məbləğ müqabilində futbolçu ilə ayrılmağa hazır deyil.

Yamal ötən mövsüm "Barselona"nın heyətində 53 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. 

Yamal Avropa çempionatının ən gənc futbolçusu olub. Futbolçu AVRO-2024-ün qrup mərhələsinin ilk turunun Xorvatiya ilə oyunu üçün millisinin start heyətinə 16 yaş 338 günlük ikən çıxıb. Əvvəlki rekord son Avropa çempionatında 17 yaş 246 gün oynamış Polşa millisindən Kacper Kozlovskiyə məxsus idi.
 

0