Azərbaycanda indiyədək 86 nəfər deputatlığa namizədliklə bağlı müraciət edib.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, imza vərəqələrinin və başqa sənədlərin yoxlanılması asan deyil:
"İndiyədək 86 nəfər 48 dairə üzrə müraciət edib. İmza toplamaq əziyyət tələb edir. Ona görə də bu məsələyə diqqətlə yanaşılmalıdır".
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.