"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldan uzaq qalacaq

İDMAN
15:52 / 14.07.2024
432

"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.

Klubdan verilən məlumata görə, o, məşq prosesində xəsarət alıb.

Müayinə zamanı onun sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.

0