Azərbaycanın yeniyetmə qapıçısı Murad Melexov İspaniyaya dəvət alıb.
“Report”un əldə etdiyi məlumata görə, 13 yaşlı qapıçı iyulun sonunda xaricə yollanacaq.
EFA klubunun yetirməsi İspaniyaya “El Major” proqramı çərçivəsində gedəcək. Seçimləri İspaniyanın “Barselona”, “Atletiko” və “Real” klublarından olan məşqçilər aparıb.
İki həftəlik toplanış müddətində bəyəniləcəyi təqdirdə, yeniyetmə qolkiper İspaniyadakı futbol akademiyalarının birində daimi qalacaq.