İsveçrə yığmasının hücumçusu Cerdan Şakiri 2024-cü il Avropa çempionatından sonra milli komandada karyerasını başa vurduğunu elan etdi.
Hit.az xəbər verir ki, Şakiri 2010-cu ildə İsveçrə yığmasında debüt edib. O vaxtdan bəri yığmanın heyətində 125 oyun keçirib və 32 qol vurub.
32 yaşlı “Chicago Fire” klubunuN futbolçusu dörd dünya (2010, 2014, 2018, 2022) və üç Avropa çempionatında (2016, 2020, 2024) iştirak edib. Son iki Avropa çempionatında Şakiri milli komanda ilə 1/4 finala qədər yüksələ bilib.
"Yeddi turnir, çoxlu qollar, İsveçrə millisi ilə 14 il və unudulmaz anlar. Komanda ilə vidalaşmağın vaxtı gəldi. Gözəl xatirələr var və hamınıza deyirəm: kür edirəm!", Şakiri İnstagram-da yazıb.
Avro-2024-də Şakiri iki matçda iştirak edib və Şotlandiya millisinin qapısına möhtəşəm qolla yadda qalıb.
Samir