Azərbaycan bu dünya çempionatını keçirməkdən imtina etdi

İDMAN
09:44 / 25.07.2024
416

Azərbaycan hərbçilər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi etməkdən imtina edib.

Prosport.Az-ın xəbərinə görə, iyulun 20-də "deadline" bitib.

Gənclər və İdman Nazirliyindən Beynəlxalq Hərbi İdman Şurasına (CISM) 2025-ci ildə bu yarışı keçirə bilməyəcəkləri bildirilib. Buna səbəb 2025-ci ildə ölkəmizin III MDB Oyunlarına ev sahibliyi etməsidir.

Qeyd edək ki, hərbçilər arasında futbol üzrə ilk dünya çempionatı 2013-cü ildə Azərbaycanda keçirilib. 

0