Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə müqavilə bağlayıb.
"Report"un əldə etdiyi məlumata görə, 27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"la "1+1" sözləşmə imzalayıb.
II Bundesliqa təmsilçisi keçidi sabah açıqlayacaq.
Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.