"Fənərbağça" Türkiyənin ən güclü 3 futbol klubundan biridir.
İstanbul təmsilçində tarix boyu dünya səviyyəli futbolçular çıxış edib, komandanı məşhur baş məşqçilər idarə edib. Hazırda dünyanın müxtəlif ölkələrində "Fənərbağça"nı dəstəkləyən böyük azarkeş kütləsi var. Həmçinin, Azərbaycanda da ən çox azarkeşi olan komandalardan biri məhz "Fənərbağça"dır. Ona görə də bu komanda ilə bağlı hər şey ölkəmizdə də yaxından izlənilir.
Belə ki, sevilən komandanın futbolçuları və baş məşqçiləri kimi prezidentləri də hər zaman diqqət mərkəzində olur. Xüsusilə Türkiyədəki futbol cameəsini nəzərə alarsaq, orada klub prezidentlərinin daima göz önündə olduğunu qeyd etməliyik. Əlbəttə ki, "Fənərbağça"ya rəhbərlik edən şəxslər də daima yaxından maraq dairəsində olub.
Maraqlıdır, son 20 ildə "Fənərbağça"ya kimlər rəhbərlik edib?
Hit.az son 20 ildə "Fənərbağça"nın prezidenti olmuş şəxslərin siyahısını təqdim edir:
1. Güven Sazak
O, 23 may 1993-cü ildən 29 may 1994-cü ilə qədər İstanbul klubunun rəhbəri olub. Komandanın başında 1 il 6 gün keçirib.
2. Hasan Özaydın
Hasan Özaydın isə 29 may 1994-cü ildən 18 dekabr 1994-cü ilə qədər qısa dönəm klubu idarə edib. O, cəmi 203 gün "sarı bülbüllər"in prezidenti olub. Son 20 ildə "Fənərbağça"nı ən az müddət idarə edən prezident məhz Hasan Özaydındır.
3. Ali Şen
O, 18 dekabr 1994-cü ildən 14 fevral 1998-ci ilə qədər "Fənərbağça"nın prezidenti olub. Toplamda 3 il 58 gün bu vəzifəni icra edib.
4. Aziz Yıldırım
Sıra "Fənərbağça" tarixinin əfsanəvi prezidentindədir. Unudulmaz başqan 14 fevral 1998-ci ildən 5 iyun 2018-ci ilə qədər İstanbul təmsilçisinə rəhbərlik edib. O, 20 il 111 gün ilə klub tarixinin ən uzun müddət prezidenti olub.
5. Ali Koç
5 iyun 2018-ci ildən bəri isə "Fənərbağça"nın prezidenti Ali Koçdur. O, 6 ildən çoxdur kluba rəhbərlik edir.
Pərviz