Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Marko Pyatsanın yerli çempionatda “Şibenik”ə qarşı 3-cü tur matçını buraxmasının səbəbi müəyyənləşib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç oyundan sonra mətbuat konfransında açıqlama verib.
Mütəxəssis 29 yaşlı vingerin zədə səbəbindən meydana çıxmadığını söyləyib: “Dabanından xəsarət aldı. Ağrıları var idi. “Qarabağ”la qarşılaşmaya hazır olması üçün risk etmədik”.
Qeyd edək ki, görüş “Dinamo”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində bu komandaya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab oyununu isə 28-də Bakıda keçirəcək.