Türkiyədə 4 böyüklərdən başqa komandalarda oynayan dünya ulduzları - SİYAHI

İDMAN
15:40 / 20.08.2024
461

Demək olar ki, hər transfer mövsümündə bir çox dünya ulduzu Türkiyəyə gedir. 

Hit.az bildirir ki, əvvəllər dünyaca məşhur ulduzlar qardaş ölkədə sadəcə 4 böyük komandaya üz tuturdular.

Lakin zaman keçdikdə "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor"dan başqa digər türk komandaları da dünya səviyyəli futbolçularla heyətlərini gücləndirməyə başladılar. Son illərdə "Başakşehir", "Antalyaspor" və "Adana Demirspor" kimi komandaların səs-küylü legionerləri transfer etdiklərinə şahid olmuşuq. 

Maraqlıdır, Türkiyədə 4 böyükdən başqa komandalarda oynayan ən yaxşı dünya ulduzları kimlərdir? 

Hit.az sözügedən siyahını təqdim edir:

1. Samuel Eto'o - "Antalyaspor", "Konyaspor" 
2. Emmanuel Adebayor - "Başakşehir", "Kayserispor" 
3. Mario Balotelli - "Adana Demirspor" 
4. Samir Nasri - "Antalyaspor" 
5. Loik Remi - "Rizespor" 
6. Xuma Babakar - "Alanyaspor" 
7. Robinyo - "Sivasspor", "Başakşehir" 
8. Asamoah Qyan - "Kayserispor" 
9. Jeremi Menez - "Antalyaspor" 
10. Sebastian Frey - "Bursaspor" 

Pərviz

0