Məşhur boksçu Ukrayna prezidenti olmaq istəyir?

İDMAN
21:36 / 26.08.2024
384

Ukraynalı boksçu Aleksandr Usik kanalında Ukrayna prezidenti olmaq istəmədiyini bildirib.

HİT.az xəbər verir ki, bu barədə NV "YouTube" kanalına açıqlama verib.

"Ukrayna prezidenti olmaq? Xeyr, xoşuma gəlmir. Məni siyasi karyera qətiyyən maraqlandırmır. Çünki mən siyasətə inanmıram", deyə Usik bildirib.

2024-cü il mayın 19-na keçən gecə Usik britaniyalı Tayson Fyurini məğlub edib. Döyüş 12 raund davam edib və ukraynalı boksçunun Fyuri üzərində qələbəsi hakim qərarı ilə elan edilib. Ukraynalı boksçu WBA, IBF və WBO titullarını qoruyub saxlayaraq, rəqibinin WBC kəmərini götürüb.

ESPN-in məlumatına görə, bu qələbədən sonra ukraynalı boksçu çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı boksçuların reytinqində birinci yerə yüksəlib.

Usik və Fyuri 17 fevral 2024-cü ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşməli idi. Fevralın 2-də britaniyalı məşq zamanı gözünün üstündən kəsik alıb və bu, döyüşün təxirə salınmasına səbəb olub.

Samir

0