Ali Koç indiyə kimi neçə baş məşqçi dəyişdirib? - SİYAHI

İDMAN
18:48 / 28.08.2024
383

Türkiyənin "Fənərbağça" klubunda yenə də işlər istənildiyi kimi getmir. 

Hərçənd ki, İstanbul klubu mövsümə olduqca iddialı başlayıb. Belə ki, Ali Koç yenidən prezident seçilib, məşhur iş adamı Acun Ilıcalı isə klubun vitse-prezidenti təyin olub. Üstəlik, baş məşqçi postuna dünyaca məşhur Joze Mourinyo gətirilib. Bundan başqa, bir çox səs-küyə səbəb olan transfer edilib. 

Lakin bütün bunların fonunda "Fənərbağça"nın Çempionlar Liqasının "play-off" mərhələsində "Lill"i keçə bilməməsi, Super Liqada da oynanılan oyunun qənaətbəxş olmaması azarkeşlərin erkən təpkilərinə səbəb olub. Hətta son turda "Rizəspor"a qarşı 5-0 hesablı qələbə də bəzi azarkeşləri razı salmayıb. 

Bütün bunlar yenidən Ali Koçun seçimlərinin müzakirə edilməsinə gətirib çıxarıb. Hətta onun tez-tez baş məşqçi dəyişməsini də xatırladılan postlar paylaşılır.

Bəs Ali Koç indiyə kimi neçə baş məşqçi dəyişib? 

Hit.az Ali Koç dönəmində "Fənərbağça"ya rəhbərlik etmiş baş məşqçilərin siyahısını təqdim edir:

1. Aykut Kocaman
2. Filip Koku
3. Ervin Kuman
4. Ersun Yanal
5. Murat Göle
6. Tahir Karapınar
7. Erol Bulut
8. Emre Belözoğlu
9. Vitor Pereira
10. İsmail Kartal
11. Jorge Jesus
12. İsmail Kartal 
13. Joze Mourinyo

Pərviz

0