"Kəpəz" klubu baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.
Bu barədə "Report"a mütəxəssis özü məlumat verib.
O, öz qərarı ilə postunu tərk etdiyini açıqlayıb.
Qeyd edək ki, Premyer Liqada 4 turdan sonra xalsız olan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb. Məşqçi 2023-cü ilin noyabrından bölgə təmsilçisində işləyib.