"Qarabağ" Aleksey Kaşuku transfer etdiyini açıqladı

İDMAN
18:09 / 03.09.2024
278

"Qarabağ" son olaraq Ukraynanın “Şaxtyor” (Donetsk) klubunda çıxış edən Aleksey Kaşuku transfer etdiyini açıqlayıb.

HİT.az xəbər verir ki, müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan 24 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb.

Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.

0