Avqustda Türkiyədə ən çox satılan avtomobillər - SİYAHI

İDMAN
09:49 / 05.09.2024
369

Türkiyədə avqust ayında ən çox satılan avtomobillərin adı bəlli olub.

Hit.az xəbər verir ki, bu barədə Avtomobil Distribyutorları və Mobillik Dərnəyi məlumat yayıb. 

Qardaş ölkədə ötən ay 90 min 134 avtomobil satılıb. Bu isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Türkiyədə keçən ay çox satılan avtomobil markası məhz "Renault" olub. "Togg" isə ilk onluqda yer almayıb. 

Avqust ayında Türkiyədə ən çox satılan avtomobillər aşağıdakılardır:

1. "Renault" - 8,626 ədəd
2. "Fiat" - 6,760 ədəd
3. "Volkswagen" - 5,284 ədəd
4. "Hyundai" - 4,154 ədəd
5. "Chery" - 3,643 ədəd
6. "Opel" - 3,595 ədəd
7. "Skoda" - 3,230 ədəd
8. "Peugeot" - 2,840 ədəd
9. "Toyota" - 2,689 ədəd
10. "Citroen" - 2,515 ədəd

Ən çox satılan 10 model isə bunlardır:

1. "Fiat Egea Sedan" - 5,019 ədəd
2. "Renault Clio" - 3,360 ədəd
3. "Renault Megane" - 2,745 ədəd
4. "Volkswagen Polo" - 1,827 ədəd
5. "Nissan Qashqai" - 1,420 ədəd
6. "Ford Focus" - 1,407 ədəd
7. "Dacia Sandero Stepway" - 1,347 ədəd
8. "Fiat Egea Cross" - 1,346 ədəd
9. "Peugeot 2008" - 1,328 ədəd
10. "Opel Mokka" - 1,263 ədəd

Pərviz

0