İkardidən "Qalatasaray" üçün bəd xəbər

İDMAN
18:55 / 08.09.2024
448

Beynəlxalq oyunlara görə fasilədən sonra Türkiyə Super Liqasında "Çaykur Rizəspor"u qəbul edəcək "Qalatasaray"da Mauro İkardi şoku yaşanır. Argentinalı futbolçu "Adana Dəmirspor" matçının 25-ci dəqiqəsində zədələnərək oyunu tərk edib.

Hit.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, bir ay meydanlardan uzaq qalması gözlənilən ulduz hücumçunun zədəsini sağaltması 1,5-2 ay çəkə bilər.

İkardi bu mövsüm Super Liqaya yaxşı başlayıb, 3 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Baş məşqçi Okan Burukun ikili hücumçu planı üçün Mauro İkardinin dönüşünü gözləyəcəyi bildirilib. Bu halda Osimhenin yeganə mərkəz hücumçusu kimi ilk 11-likdə yer alacağı mümkündür.

0