"Qarabağ"ın futbolçusu Hamidu Keyta Türkiyə klubuna keçir.
Bu barədə yerli jurnalist Halil Yılmazer paylaşım edib.
Onun sözlərinə görə, 30 yaşlı yarımmüdafiəçi karyerasını "Konyaspor"da davam etdirəcək.
Hətta fransalı oyunçunun axşam saatlarında Konyada olacağı da vurğulanıb. Superliqa təmsilçisi onunla ikiillik müqavilə imzalayacaq.
Qeyd edək ki, Hamidu Keyta 2023-cü ildə "Zirə"dən "Qarabağ"a keçib.//Report.az